
PLANET FM
Xaricdə Pulsuz Təhsil Və Təqaüd Proqramları 2026 | Litva Yaşam Şərtləri və Vizasız Təhsil
Xaricdə təhsil almaq, Avropada yaşamaq və təqaüd proqramları (Macarıstan Hökumətlərarası Təqaüdü, Çin Təqaüdləri və s.) haqqında ən son yeniliklər! Təhsil mütəxəssisi Aytac Hüseynəliyeva 1 il Litvada yaşamaq təcrübəsindən, Polşa, Macarıstan, Çin və Cənubi Koreya universitetlərinə qəbul şərtlərindən danışır. Verilişdə aşağıdakı suallara cavab tapa bilərsiniz: Avropa ölkələrinə (Polşa, Macarıstan) dil sertifikatsız qəbul olmaq mümkündür? Çin və Cənubi Koreyada təhsil almağın üstünlükləri və təqaüd imkanları hansılardır? Litvada yaşayış xərcləri, nəqliyyat sistemi, milli mətbəx ("Şaltibarşçəi") və "Užupis" respublikası. Avropada 1 il yaşadıqdan sonra Azərbaycana qayıtmağın səbəbləri. Turistlər üçün unikallıq: Maqnit əvəzinə xüsusi Postkart biznesi ideyası. Aparıcılar: Rəhman Rəsulov Qonaq: Aytac Hüseynəliyeva






